Tanınmış vokal cütlüyü Yusif Eyvazov (tenor) və Anna Netrebko (soprano) fevralın 27-də Paris Filarmoniyasında konsert proqramı ilə çıxış edəcəklər.
   Bu barədə məlumat Yusif Eyvazovun və Paris Filarmoniyasının saytlarında yer alıb.
   Konsertin proqramına Cüzeppe Verdi, Umberto Cordano, Cakomo Puççini, Rucero Leonkavallo və başqa bəstəkarların əsərləri daxildir.