Mikayıl Müşfiqə həsr olunmuş şeir gecəsi
   
   Yanvarın 27-də Azərbaycan Dövlət Yuğ Teatrında “Söz” ədəbi layihəsi çərçivəsində növbəti görüş keçiriləcək. Teatrdan bildirilib ki, “Söz”ün budəfəki şeir gecəsi şair Mikayıl Müşfiqə həsr ediləcək. Gecədə “Yuğ”un aktyorlarının ifasında Mikayıl Müşfiqin şeirləri səsləndiriləcək, sözlərinə yazılmış mahnılar ifa olunacaq.