Yanvarın 17-də Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov eyni zamanda BMT-nin Dünya Turizm Təşkilatı (DTT) yanında daimi nümayəndə təyin edilməsi ilə bağlı etimadnaməsini Madriddə təşkilatın baş katibi Taleb Rifaiyə təqdim edib. Mərasim İspaniya paytaxtında səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə gerçəkləşib.
Baş katib T.Rifai səfir A.Məhərrəmovu təbrik edərək, bu təyinatın Azərbaycan ilə qurum arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.
Daha sonra Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.