İstanbul metrosunda ölkəmizin turizm imkanlarını tanıdan sərgi 
   
   Yanvarın 16-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyədəki turizm təmsilçiliyi olan “Gateway” şirkəti tərəfindən İstanbuldakı “Yeniqapı” metro stansiyasında “Fotoqraflarla Azərbaycan” adlı sərgi təşkil edilib.
   Ölkəmizin turizm imkanlarının fotolarda əks olunduğu sərginin açılışında çıxış edən “Gateway” şirkətinin icraçı direktoru Nurlana Çakmak bildirib ki, Azərbaycan Türkiyədə yetərincə tanınsa da, hələ də bilinməyən tərəfləri var. Bu sərgi də məhz həmin o fərqli səhifələri tanıtmaq məqsədi daşıyır: “İki qardaş ölkə kimi ortaq mədəniyyətə malik olduğumuz üçün dilimiz, dinimiz, mətbəximiz bir-birinə çox yaxındır. Biz bütün İstanbul sakinlərini sərgiyə dəvət edərək Azərbaycanı daha yaxından tanımağa səsləyirik”. 
   Qeyd edək ki, sərgidə Azərbaycanın tarixi məkanları və turizm imkanlarını əks etdirən 40-dan çox foto nümunəsi istanbulluların ixtiyarına verilib.
   Yanvarın 22-dək davam edəcək sərgi haqqında ətraflı məlumatı bu linkdən əldə etmək olar: 

http://www.star.com.tr/yerel-haberler/fotograflarla-azerbaycan-sergisi-30335/