Yaponiyanın NHK televiziya kanalının yaydığı məlumata görə, 2016-cı ildə “gündoğar ölkə”yə rekord sayda turist gəlib.
   Yaponiya Milli Turizm Təşkilatı bildirib ki, ötən il ölkəyə xaricdən gələn qonaqların sayı 24 milyon 390 min nəfər təşkil edib. Bu, 2015-ci ildəki göstəricidən təqribən 4 milyon 300 min nəfər və ya 21,8 faiz çoxdur.
   Yaponiyaya gələn turistlərin sayının artması Çin, Vyetnam və digər Asiya ölkələrindən olan turistlər üçün viza rejiminin sadələşdirilməsi nəticəsində təyyarə reyslərinin və gəmi kruizlərinin çoxalması ilə izah olunur. Eyni zamanda yapon valyutasının məzənnəsinin dollara nisbətdə enməsi və əcnəbi turistlər üçün vergidən azad edilən əmtəələrin sayının çoxalması gəlmə turizmi təşviq edir.