Yanvarın 14-də Fransada Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşəbbüsü ilə “Qiraət gecəsi” (Nuit de la lecture) adlı aksiya keçirilib.
   İlk dəfə keçirilən bu mədəni aksiyaya 250 mindən çox fransız qatılıb. Aksiyada iştirak edən ölkə üzrə 16 min kitabxana və 3500 kitab mağazası gecə saatlarına kimi fəaliyyət göstərib. Aksiya çərçivəsində müasir incəsənətə həsr olunmuş “Bəyaz gecə”, müxtəlif ədəbi-musiqili tədbirlər təşkil olunub. Fransanın cənubundakı Qrenobl şəhərinin aktyorları isə “Qadağan olunmuş kitablar gecəsi” adlı aksiyada müxtəlif məzmunlu əsərlərin qiraətini təşkil ediblər.