İranın Təbriz Universitetində XVII əsrdə yaşamış Azərbaycan şairi Saib Təbrizinin yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib. Konfransda İran, Azərbaycan, Türkiyə və Gürcüstan alimləri iştirak edib. 
   Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Klassik şeirdə yeniləşmə meyilləri və Saib Təbrizi”, akademik Teymur Kərimlinin “Saib Təbrizi yaradıcılığında poetik ənənə və müasirləşmə”, filologiya elmləri doktoru Paşa Kərimovun “Hind üslubunun böyük ustadı Saib Təbrizi”, “Türkiyədə alimlərin Saib Təbriziyə münasibəti”, “Gürcüstan şərqşünaslığında Azərbaycan və Saib Təbrizi” və digər mövzularda məruzələr dinlənilib.