Daim ekspozisiyasını yeniləyən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni ilin ilk maraqlı sərgisi təşkil olunub. Sərgidə nümayiş olunan materiallar içərisində misdən hazırlanmış camlar, mis və tuncdan bəzəklər, müxtəlif formalı tunc çəki daşları, əqiq muncuqlar, şüşə bilərziklər, sümükdən iynə qabları, düymələr, üzüklər, bıçaq dəstəkləri, gildən hazırlanmış iy başlıqları və s. ziyarətçilər tərəfindən maraqla qarşılanıb.