Yanvarın 27-də Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Nazim Əliverdibəyovun (1926-1985) anadan olmasının 90 illiyi ilə əlaqədar tədbir keçiriləcək.
   N.Əliverdibəyov musiqinin müxtəlif janrlarında əsərlərin - “Muğam” xoreoqrafik lövhələrinin, 2 balet süitasının, “Mingəçevir” simfonik poemasının, “Cırtdan” nağıl-operasının, “Nazxanım naz edir” musiqili komediyasının, kamera-instrumental və xor əsərlərinin, kinofilmlərə və teatr tamaşalarına musiqilərin müəllifidir. O, uzun illər ərzində Bülbül adına Orta ixtisas musiqi məktəbinin direktoru kimi milli musiqi mədəniyyəti və təhsilinin inkişafında xüsusi xidmətlər göstərib.