Dünya operasının məşhur cütlüyü - rusiyalı ulduz Anna Netrebko (soprano) və azərbaycanlı Yusif Eyvazov (tenor) martın 3-də Omanın paytaxtı Masqatda Kral Opera Teatrında konsert proqramı ilə çıxış edəcəklər. Bu barədə məlumat musiqiçilərin və Kral Opera Teatrının saytlarında yer alıb.
   Rusiyanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Anna Netrebko operalarda yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri dünyada geniş yayılıb.
   Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub.