Yanvarın 27-də Bakıda Yaponiya filmləri festivalı təşkil olunacaq. Yaponiyanın ölkəmizdəki səfirliyindən bildirilib ki, “Landmark” biznes-mərkəzində gerçəkləşəcək festival yanvarın 29-dək davam edəcək. Festival çərçivəsində 5 yapon filmi - “Məktub”, “Pekorosun anası ilə görüş”, “Kaitan şəhərinin əhvalatları”, “Sən yaxşı uşaqsan” və “Çevrəmizdəkilər” adlı ekran əsərləri təqdim olunacaq. Filmlər hər gün 3 seans olmaqla nümayiş ediləcək. 
   Yapon dilində səslənəcək filmləri kinosevərlər Azərbaycan dilində subtitrlər vasitəsilə izləyə biləcəklər.