Fevralın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında unudulmaz sənətkar, teatr və kino aktyoru, Əməkdar artist Hamlet Xanızadənin 75 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
   Tədbir iştirakçıları əvvəlcə sənətkarın yaradıcılığına işıq salan fotosərgi ilə tanış olacaqlar.
   Gecədə H.Xanızadənin çəkildiyi filmlərdən fraqmentlər təqdim ediləcək, aktyorun yaradıcılığından söz açılacaq, onun Azərbaycan kino mədəniyyəti tarixindəki xidmətləri vurğulanacaq. Yaratdığı obrazlara öz möhürünü vurmuş mərhum aktyorun oynadığı tamaşalardan səhnələr də nümayiş olunacaq.