İki aləmin sərhədində qalan dörd gəncin hekayəsi
   
   Yanvarın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Tərlan Ənginin quruluşunda “Error” tamaşası nümayiş olunacaq.
   Tamaşa Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional incəsənət və mədəniyyət” layihəsi çərçivəsində reallaşacaq.
   Prodüseri Səbuhi Məmmədov olan səhnə əsərində sosial-mənəvi problemlər kontekstində insan münasibətlərindən danışılır. Həmçinin tamaşa iki aləmin sərhədində qalan dörd gəncdən bəhs edir. Real dünyadan, virtual məkana və yenə də real aləmə keçid edən qəhrəmanların zamanla bağlı, sosial-mənəvi problemlərə və insani münasibətlərə olan baxışlarında illüziya yaranır.
   Xronometrajı 40 dəqiqə olan səhnə əsərinin nümayişində hər kəs iştirak edə bilər.