Fevralın 9-da Londonda görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Cövdət Hacıyevin anadan olmasının 100 illiyi münasibətilə onun fortepiano üçün seçilmiş əsərlərindən ibarət kitabının birinci cildinin təqdimatı keçiriləcək. Tədbirdə Litva və Rusiya pianoçusu Yelena Makarova kitabda yer alan musiqi əsərlərindən nümunələr səsləndirəcək.
   Pianoçu həmçinin aprelin 5-də Nyu-Yorkda “Carnegie Hall”da keçiriləcək qala-konsertdə Cövdət Hacıyevin əsərlərini ifa edəcək. Konsert barədə məlumat “Carnegie Hall”un saytında da yerləşdirilib. Gələcəkdə müvafiq konsertin Bakı, Moskva, Vyana şəhərlərində və Floridada (ABŞ) keçirilməsi planlaşdırılır.