Səbail MKS-nin 1 saylı filialında (M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanası) Əməkdar artist, tanınmış kamança ifaçısı Mirnazim Əsədullayevin 65 illik yubileyi qeyd olunub. Tədbirdə Əhsən Rəhmanlının “Mirnazim Əsədullayev. Sənətə sədaqət” kitabının təqdimatı keçirilib.
   Tədbirdə “Vahid” Ədəbi Məclisinin sədri Rafiq Şirvanlı, şərqşünas alim, şair Şahin Fazil, Xalq artisti, tarzən Firuz Əliyev kaman ustasının musiqi aləminə bəxş etdiyi töhfələrdən bəhs ediblər.
   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin, Azərbaycan Televiziya Muğam müsabiqəsi iştirakçılarının ifasında xalq, bəstəkar mahnıları və muğamlarımız səslənib.
   Sonda Mirnazim Əsədullayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.