R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yanvarın 22-də Samuel Marşakın “Qırmızıpapaq” əsəri əsasında hazırlanan balet-tamaşa nümayiş olunub. Rejissor Ella Hacıyevanın quruluşunda səhnələşdirilən tamaşada gənclər çıxış edib.
   Şən musiqi və rəqslərlə zəngin tamaşa ibrətamiz həyat hadisələri üzərində qurulub.
   Ötən həftəsonu Dövlət Mahnı Teatrının səhnəsində Ella Hacıyevanın quruluşunda Samuel Marşakın “Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa da təqdim edilib. Xronometrajı 1 saat 10 dəqiqə olan səhnə əsəri kiçik və məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulub.
   Sənət ocağı çoxsaylı müraciətləri nəzərə alaraq yanvarın 29-da E.Hacıyevanın quruluşunda “Şahzadə və qurbağa” balet-tamaşası ilə yenidən balacaların görüşünə gələcək.