Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Dərs” bədii filmi və “Azərbaycanfilm” ilə Rusiyanın “WeiT Media” kino şirkətinin birgə istehsalı olan “Qırmızı bağ” filmi yanvarın 12-dən 20-dək Banqladeşin paytaxtı Dəkkədə keçirilən 15-ci Beynəlxalq film festivalına dəvət alıb.  Rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi festivalın “Uşaq filmləri” bölümündə nümayiş olunub. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri oynayırlar. 
   “Qırmızı bağ” bədii filminin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (Azərbaycanfilm) və Timur Vaynşteyndir (WeiT Media). Filmdə Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və başqa aktyorlar çəkiliblər.