Neftçala rayon Mərkəzi kitabxanasının Xidmət şöbəsi 1 saylı orta məktəbin X sinfində görkəmli türk şair-dramaturqu Nazim Hikmətin (1902-1963) 115 illik yubileyi ilə əlaqədar “Azərbaycan ədəbiyyatında Nazim” adlı biblioqrafik xülasə keçirib. 
   Kitabxanaçı G.Quliyeva şair haqqında şagirdlərə məlumat verərək bildirib ki, N.Hikmət dəfələrlə Bakıya gəlib, şair və yazıçılarımızla dostluq edib, onlarla yaradıcılıq əlaqəsi saxlayıb. N.Hikmətin əsərləri Azərbaycanda nəşr olunub, pyesləri tamaşaya qoyulub. Məktəblilər şairin şeirlərindən nümunələr səsləndiriblər.