Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi (AYB) və İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) birgə təşkilatçılığı ilə iyunun 6-da ölkəmizdə yeddinci dəfə “Şairlər günü” keçiriləcək. 
   AYB-nin mətbuat xidmətindən bildirilib ki, “Şairlər günü” bu dəfə Beyləqan, Şabran, Şamaxı və digər bölgələrdə də qeyd ediləcək. İlk tədbir Xızıda Mikayıl Müşfiqi anma mərasimi ilə başlayacaq.
   Görüşlər Bakıda yekunlaşacaq, əsərləri fərqlənən şairlərə Mikayıl Müşfiq mükafatı təqdim ediləcək.