Kolumbiya və Azərbaycan şairlərinin şeirlərindən ibarət kitab çapa hazırlanır
   
   Yanvarın 25-də Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Qalindo və konsulu xanım Kelli Chaib De Mares Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.
   Söhbət zamanı Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi olan “İyirmi şeir” (Kolumbiya və Azərbaycan şairlərinin şeirlərinin toplandığı) kitabının nəşrinə dair yekun məsələlər müzakirə olunub.
   Toplunun bu ilin aprel ayında Kolumbiyada təqdimatının keçirilməsi, kitabın digər ispandilli ölkələrdə nəşrinə dair fikir mübadiləsi aparılıb.