Yanvarın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində klassik musiqi axşamı təşkil olunacaq.
   Mərkəzdən bildirilib ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində kamera orkestrinin iştirakı ilə gerçəkləşəcək tədbirə hər kəs qatıla bilər. Konsert çərçivəsində Azərbaycan bəstəkarları ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət olunacaq.
   Qeyd edək ki, orkestr Türkiyə, İtaliya, Fransa, Yunanıstan, Belçika və Özbəkistanda təşkil olunmuş festivallarda uğurla çıxış edib.