Hollandiyanın Rotterdam şəhərində 46-cı Beynəlxalq film festivalı keçirilir. Əsas mükafat olan “Qızıl pələng” uğrunda müxtəlif ölkələri təmsil edən səkkiz gənc rejissorun ekranlaşdırdığı filmlər mübarizə aparır. Mükafatın dəyəri 40 min avrodur. 
   Ümumilikdə 484 ekran əsərinin nümayiş olunacağı festivalda müxtəlif nominasiyalar üzrə təqdimatlar keçiriləcək. 
   Festivala Türkiyədən “Qoca dünya” və “Kor” adlı filmlər təqdim edilib.