Azərbaycan Dövlət Musiqili Teatrı növbəti premyeraya hazırlaşır. Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında tamaşanın məşqləri yekunlaşmaq üzrədir. 
   Tamaşaya Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova quruluş verir. Layihənin bədii rəhbəri Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Tamaşada böyük Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən və digər ölməz musiqilərindən istifadə olunacaq. Rejissor İ.Gözəlova bildirib ki, tamaşa minimalizm üslubunda qurulub. Dekorasiya olmayacaq. Bunun əvəzində müasir texniki üsullardan, texniki vasitələrdən istifadə olunacaq.
   Tamaşada rolları Xalq artisti Şükufə Yusifova, Əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edəcəklər.