Neftçala rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsinin işçiləri və 2 saylı orta məktəbin şagirdləri rayonun Təhsil muzeyində olublar. Təməli Əməkdar müəllim Tədbir Mahmudov tərəfindən qoyulan muzey 2011-ci ildən fəaliyyətə başlayıb. Muzeydə Neftçala rayonunda yaşamış və fəaliyyət göstərmiş qabaqcıl maarif işçiləri, ziyalılar, həmçinin Azərbaycan təhsilinin bünövrəsini qoyan maarifçilər, Azərbaycanın klassik şairləri, maarifçi qadınlar, Milli Qəhrəmanlarımız haqqında məlumatlar, fotostendlər nümayiş etdirilir. 
   Tədbirdə müəllim muzey haqqında şagirdlərə geniş məlumat verib. Kitabxanaçı Ş.Nuriyeva muzeyin fəaliyyətini yüksək qiymətləndirərək buradakı ədəbiyyat xəzinəsinin daha da zənginləşməsini arzulayıb. Uşaqlar muzeydən xoş təəssüratla ayrılıblar.