Almaniyanın “Ozella Music” şirkəti Azərbaycanın Əməkdar artisti Rain Sultanovun “Təbiətdən ilhamlanaraq” (“Inspired by Nature”) vinildən hazırlanan qrammofon valını buraxıb.
   Bu barədə məlumat “Ozella Music” şirkətinin saytında, habelə “Jazz dünyası” jurnalının sosial şəbəkə səhifəsində yer alıb. Rain Sultanovun postsovet dövründə buraxılan ilk valını fevralın 17-dən etibarən Avropanın disk mağazalarından almaq mümkündür. “Inspired by Nature” albomuna daxil olan əsərlərin adlarını linkindən öyrənmək olar.