Yanvarın 29-da Los-Anceles şəhərində ABŞ Kinoaktyorlar Gildiyasının (Screen Actors Guild Award 2017) mükafatının təqdimetmə mərasimi keçirilib. Bir qayda olaraq bu mükafatın nominantları siyahısına "Qızıl qlobus" qalibləri və "Oskar" mükafatına iddialılar daxil olur.
   “Ən yaxşı kişi rolu” nominasiyasında «Çəpərlər» filmində baş rolda çəkilən Denzel Vaşinqton qalib gəlib. Ən yaxşı qadın aktrisa isə Emma Stoun («La-La Lend» musiqili filmi) seçilib.
   Ən yaxşı ikinci dərəcəli kişi rolunun ifaçısı kimi Maherşala Əli («Ay işığı») fərqlənib. Bu kateqoriyada fərqlənən aktrisa isə Viola Devis («Çəpərlər») olub.
   Mərasimin əsas mükafatını 60 illik kino fəaliyyətinə görə komediya aktrisası Lili Tomlin qazanıb. «Ən yaxşı aktyor heyəti» nominasiyasında «Gizli fiqurlar» ekran əsəri fərqlənib. 
   Qeyd edək ki, Amerika Kinoaktyorlar Gildiyasının mükafatı 1995-ci ildə təsis edilib və nüfuzlu kino mükafatları sırasına daxildir. 
   
   İlona Qubadova