Fevralın 6-da və 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında böyük bəstəkar, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xatirəsinə həsr olunmuş konsertlər keçiriləcək. 
   Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək konsert proqramlarında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Q.Qarayev adına Dövlət Kamera Orkestri unudulmaz bəstəkarın əsərlərini ifa edəcək.