Xəbər verdiyimiz kimi, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov yanvarın 20-dən 31-dək İranın paytaxtı Tehranda ənənəvi Beynəlxalq Fəcr Teatr Festivalında qonaq qismində iştirak edib.
   Festival günlərində Yaponiya, Türkiyə, Almaniya və İran teatrlarının tamaşalarını izlədiyini deyən Tofiq Heydərov Lənkəran Dram Teatrı ilə bağlı bir sıra layihələrə dair danışıqlar da aparıb. Belə ki, Lənkəran Dövlət Dram Teatrı iyul ayında Tehranda keçiriləcək “Adət və ənənə” festivalına dəvət olunub.
   İranın Ərdəbil şəhərindəki teatr truppasının rəhbəri Lətif Kərimi ilə danışıqlarda isə iyun-iyul aylarında Lənkəran Dövlət Dram Teatrının qastrol tamaşalarının oynanılmasına dair razılıq əldə edilib.