Fevralın 28-də Heydər Əliyev Sarayında “Ötən illərin nəğmələri” adlı konsert proqramı keçiriləcək. Konsertdə Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Rauf Hacıyev, Oqtay Kazımi, Ramiz Mirişli və digər Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri ifa olunacaq. Sarayın mətbuat xidmətindən bildirilib ki, konsertdə xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, Samir Cəfərov, əməkdar artistlər Abbas Bağırov, Almaz Orucova, Teymur Əmrah, İlqar Muradov, Eyyub Yaqubov, Bəyimxanım Vəliyeva və başqa müğənnilər, “Sevil” vokal qrupu çıxış edəcək.