Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon MKS-nin kitabxana filialı Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə Diyarşünaslıq klubu ilə birlikdə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirib.
   Kitabxana filialının müdiri Sevinc Alməmmədova, klubun mədəni təşkilatçısı Təranə Yusifova ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən bəhs ediblər.
   Sonra gənclərin iştirakı ilə breyn-ring intellektual bilik yarışı keçirilib. “Vətən” qrupu birinci, “Zəka” qrupu ikinci, “Gənclər” qrupu üçüncü yeri qazanaraq fəxri fərmanla təltif olunub.
   * * *
   Oğuz rayon Mərkəzi kitabxanasının oxu zalında rayonun idarə və müəssisələrində çalışan gənclərin iştirakı ilə “Gənclər zamanın nəbzidir” adlı dəyirmi masa təşkil edilib. 
   Tədbirdə kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri N.Manafova, Gənclər və İdman idarəsinin məsul işçisi R.Salehov, kitabxanaçı A.Cəfərova və başqaları çıxış ediblər. Çıxışlarda Oğuz gənclərinin uğurlarından söhbət açılıb.
   * * *
   Lerik rayon Hamarat kənd kitabxanasında “Gənclik - ömrün baharı” adlı tədbir keçirilib. Kitabxananın müdiri S.Əsgərova, kənd ağsaqqalı Paşa Allahverdiyev, tibb bacısı Şeyda Bəşirova tədbirdə çıxış ediblər. Gənc şair Vüqar Həmati yeni şeirləri oxuyub. Kənd orta məktəbin şagirdləri “Elə oğul istəyir Vətən!” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.