Yanvarın 31-də Qax rayon Marsan kənd Mədəniyyət evində Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi münasibətilə “Zaman səni dana bilməz” adlı gecə keçirilib. 
   Kənd məktəbinin müəllim və şagirdlərinin, gənclərin, kənd ziyalılarının iştirak etdiyi tədbirdə şairin həyat və yaradıcılığından danışılıb, məktəblilərin ifasında şeirləri səslənib. “Şəhid qanı” şeirinə hazırlanmış kompozisiya isə şairin qələminin gücünü bir daha nümayiş etdirib.
   Çıxışlarda istedadı və zəngin yaradıcılığı ilə zamanında qiymətini alan şairin əbədilik qazandığı vurğulanıb.