Tədbirdə ölkəmiz də təmsil olunub
   
   Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda (İNALCO) 2007-ci ildən başlayaraq ənənəvi “Türk dünyasının mədəniyyət günü” keçirilir. Budəfəki tədbirdə türk, qazax, qırğız və uyğurların stendləri ilə yanaşı, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən guşə təşkil olunub. Guşə Fransadakı səfirliyimizin dəstəyi və İNALCO-da Azərbaycan dilini tədris edən Aygün Eyyubovanın təşkilatçılığı və burada Azərbaycan dilini öyrənən xarici tələbələrin iştirakı ilə hazırlanıb.
   Guşədə Heydər Əliyev Fondunun Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları və milli mətbəxinə dair kitabları və diskləri, eləcə də ölkəmizə dair suvenirlər nümayiş olunub. Ziyarətçilərin ölkəmiz haqqında sualları cavablandırılıb.
   Mədəniyyət günü çərçivəsində təmsil olunan ölkələrin folklor musiqiləri səslənib. Balaca Səma ilə Ümid milli rəqslərimizi ifa ediblər.