Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun cari il üçün elmi tədqiqat işlərinin təsdiqlənmiş planına əsasən üçcildlik “Azərbaycan tarixi”, “Zəngəzur tarixi”, “Şəki tarixi” kitabları çap ediləcək.
   İnstitutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan tarixi”nin yeni nəşrində əsas diqqətin tarixi torpaqlarımızın tədqiqinə yönəldiləcəyini vurğulayıb. Alim bildirib ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. 
   Hazırkı Ermənistan Respublikasının ərazisi 1918-ci ilədək Azərbaycan xalqının tarixi torpağı olub və bu ərazi “Azərbaycan tarixi”nin yeni nəşrinə daxil ediləcək.