Britaniyalı müğənni Vera Linn 100 illik yubileyini öz klassik mahnılarının müasir improvizasiyalarından ibarət olan albomla qeyd etməyə hazırlaşır. 
   «Vera Lynn 100» adlı musiqi albomu müğənnin yubileyinə üç gün qalmış, martın 17-də işıq üzü görəcək. Yeni alboma müğənninin illər öncə məşhur olmuş «We'll meet again» (“Biz yenidən görüşəcəyik”) və «Salling» kompozisiyaları da daxildir.
   «Bu, həqiqətən təəccüblüdür ki, insanlar hələ o illərin mahnılarına qulaq asanda zövq alır və ötən dövrün emosiyalarını bir daha yaşamış olurlar. Mən müğənni kimi sadəcə öz işimi görürəm və öz mahnılarımı təzə formatda eşitmək möhtəşəmdir»,- deyə 100 yaşlı müğənni bildirib.
   Vera Linn 1917-ci ildə martın 20-də anadan olub. O, İkinci Dünya müharibəsi illərində BBC-nin xaricdə olan Britaniya hərbi qulluqçularına ünvanlanmış "Sincerely Yours" radio proqramının aparıcısı kimi çox populyarlıq qazanmışdı. Vera Linn 1952-ci ildə “Billboard” jurnalının populyarlıq siyahısına başçılıq edən ilk britaniyalı ifaçı olub.
   Qeyd edək ki, Vera Linn 2009-cu ildən etibarən dünyada ən qocaman müğənni sayılır.
   
   İlona Qubadova