Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Gənclər gələcəyimizdir” mövzusunda görüş keçirilib. Kitabxananın direktoru Tahir Sadıqov, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vaqif Məmmədov, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva tədbirdə çıxış ediblər. 
   Bakı Dövlət Universitetinin tələbəsi Ədilə Ramazanova, Pedaqoji Universitetin tələbəsi Çinarə Nağıyeva, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Leyla Əsədullayeva Azərbaycan gənclərinin idman, elm, incəsənət və digər sahələrdə respublikamızın adına uğurlar qazandıqlarını bildiriblər.
   Bədii hissədə aktyor Əli Nur şeir söyləyib, “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin üzvü, müğənni, bəstəkar Elxan Rəsuloğlu və Asəf Zeynallı adına Musiqi Kollecinin tələbə ansamblı musiqi proqramı ilə çıxış edib.