Fevralın 8-də 2 saylı Bakı “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə “Könüllülər hərəkatı fotoqrafların gözü ilə” I ümumrespublika açıq fotosərgisi keçiriləcək.
   AFB-dən bildirilib ki, sərginin əsas məqsədi könüllülər hərəkatının təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələrini fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etdirməkdir.