“Gəncliyin səsi” festivalı çərçivəsində daha bir tamaşa Sumqayıt Dövlət Dram Teatrında nümayiş olunub.
   Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllülərindən ibarət teatr truppası görkəmli yazıçı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin "İclas qurusu" hekayəsi və Ağası Məşədibəyovun “Toy kimindir?” əsərini səhnələşdiriblər.
   “ASAN xidmət” mərkəzinin əməkdaşı Əhyə Salamovanın rejissorluğu ilə hazırlanan tamaşadan sonra könüllülərin ifasında bir-birindən maraqlı musiqilər və muğam səsləndirilib.