Qax Dövlət Kukla Teatrında repertuar planı üzrə yaradıcılıq işləri davam edir. Azərbaycan xalq nağılı əsasında hazırlanan “Cırtdan” tamaşasına teatrın baş rejissoru Yusif Abdurahmanov quruluş verir.
   Rejissor Rahib Məmmədov isə Osman Abdullayevin “Babanın nəsihəti” tamaşasını hazırlayır. Əsər elimizin sərvəti olan meşələrin qorunmasına bir çağırışdır.
   Bu il üçün daha iki tamaşanın hazırlanması nəzərdə tutulub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xeyir və Şər” mənzum hekayəsi əsasında hazırlanacaq tamaşa uşaqlarda xeyirxahlıq, humanizm ideyalarını aşılayacaq.
   Dramaturq Rəhman Əlizadənin “Keçəlin toyu” komediyası isə yeni quruluşda təqdim olunacaq. Hər iki tamaşanı teatrın baş rejissoru Y.Abdurahmanov hazırlayacaq.