Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “Ulduzlar” ədəbi məclisinin sədri, şair Fərzalı Ziyanurun “Sevgi küləyi” kitabının təqdimatı keçirilib. Tədbirin aparıcısı şair Ramiz Qusarçaylı şairin kitabı barədə fikirlərini bölüşüb.
   Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, ədəbi məclisin üzvləri və digər çıxış edənlər Fərzalı Ziyanura yaradıcılıq uğurları arzulayıblar. 
   Tədbirdə həmçinin qonşu Şabran, Quba yazarları həmkarlarına xoş arzularını bildirərək şeirlərini oxuyublar. Xaçmaz şəhər 3 saylı orta məktəbin şagirdləri “Sevgi küləyi” kitabından şeirlər söyləyiblər.