Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi mədəniyyət müəssisələrində müşavirələrini davam etdirir.
   Növbəti müşavirə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) keçirilib. Toplantıda MKS filiallarının əməkdaşları iştirak edib. 
   Müşavirəni giriş sözü ilə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli açaraq yeni yaradılmış idarə haqqında ətraflı məlumat verib, fəaliyyət istiqamətləri barədə danışıb. Sonra Lənkəran MKS-nin 2016-cı ildə fəaliyyəti barədə direktor Nuranə Nəsirovanın hesabatı dinlənilib.
   Müşavirədə yeni idarəetmə şəraitində qarşıda duran məsələlər, kadrların bilik və bacarıqlarının yoxlanılması, ixtisaslı kadrlara üstünlük verilməsi və digər məsələlər müzakirə edilib.