Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.
   Nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
   Fevral ayı ərzində AZS 745-2015 Dövlət Standartına uyğun olaraq “Qalaaltı Hotel & Spa” kompleksinə (Şabran) 5 ulduz, Bakıdakı “Joyy Hotel & Spa” mehmanxanasına isə 4 ulduz dərəcə sertifikatları verilib.
   Respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 127-yə çatıb. Siyahı ilə bu linkdə tanış ola bilərsiniz:  http://mct.gov.az/upload/1486554083ulduz-alan-mehmanxanalar.pdf