Fevralın 7-də Bilik Fondunun, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) birgə təşkilatçılığı ilə “Beynəlxalq təhlükəsiz internet günü” münasibətilə videokonfrans keçirilib. Tədbirdə “Yaxşı internet üçün birləşək” şüarı altında uşaq və yeniyetmələr üçün təhlükəsiz internet mühiti və fərdi məlumatların mühafizəsi” mövzusunda müzakirələr aparılıb.
   Mərkəzin direktoru vəzifəsini icra edən Rauf Cabbarov “Beynəlxalq təhlükəsiz internet günü” barədə ətraflı məlumat verib. Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun müxtəlif sahələrdə həyata keçirdiyi maarifləndirici layihələrdən söz açıb. 
   Digər çıxış edənlər tədris prosesində istifadə olunan elektron resurslar, internetdə təhlükəsizlik qaydaları haqqında geniş məlumat veriblər. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələdən olan müəllim və şagirdlərin sualları cavablandırılıb.