Məşədi İbad onu yarıyadək oxumuşdu...
   
   Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVIII əsr Azərbaycan alimi Mirzə Mehdi Xanın “Tarixi-Nadir” əsəri fars dilindən Azərbaycan dilinə tərcümə edilərək çapa hazırlanır. Əsəri dilimizə tarix üzrə fəlsəfə doktoru Rəna Məmmədova çevirib.
   Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov bildirib ki, nəşrdə Nadir şahın müasiri və saray tarixçisi olmuş Mirzə Mehdi Xanın görkəmli hökmdar və sərkərdənin həyat və fəaliyyəti barədə maraqlı məlumatları əksini tapıb.