Martın 26-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun “Ritm varsa, həyat var” adlı solo konserti keçiriləcək. Muğam Mərkəzindən bildirilib ki, konsertdə müxtəlif milli musiqi ritmləri ilə yanaşı, bir-birindən maraqlı xarici ritmlər də səslənəcək.