Fevralın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, professor Azər Zeynalov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində çıxış edəcək.
   Teatrın mətbuat xidmətindən bildirilib ki, A.Zeynalov italyan bəstəkarı R.Leonkovallonun “Payatsı” operasında əsas partiyalardan biri - Kanio partiyasını ifa edəcək.
   20 ildən artıqdır ki, Opera və Balet Teatrının səhnəsində çıxış edən Xalq artisti milli və klassik opera tamaşalarında bir çox parlaq obrazlar yaradıb. Kanio onun böyük ustalıqla ifa etdiyi vokal obrazlardandır.