Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin mədəniyyət ocaqlarında görkəmli bəstəkar, SSRİ Xalq artisti, maestro Niyazinin (1912-1984) anadan olmasının 105 illiyi münasibətilə tədbirlər keçirilib.
   İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyindəki Əsgər Həsənov adına Malbinəsi kənd 7 illik Uşaq musiqi məktəbində, şəhər 1 nömrəli Uşaq musiqi məktəbində, Aran qəsəbə Uşaq musiqi məktəbində, habelə idarənin Mingəçevir şəhər nümayəndəliyinin tabeliyində olan Bülbül adına 2 nömrəli Uşaq musiqi məktəbində, Tərtər rayon nümayəndəliyinin tabeliyindəki Tərtər şəhər Uşaq musiqi məktəbində konsert proqramları təşkil olunub. Musiqi və mədəniyyətimizin inkişafında maestronun rolundan söz açılıb, şagirdlər Niyazinin əsərlərindən nümunələr səsləndiriblər.