Özbəkistanın kultura.uz saytında Azərbaycana turist axını ilə bağlı rus dilində material dərc olunub. Məqalədə vurğulanır ki, “Tripadvisor” beynəlxalq səyahət axtarış portalı Azərbaycan paytaxtını 2017-ci ildə turistlər üçün 10 cəlbedici məkan sırasına daxil edib. Deyilir ki, 2016-cı ildə Azərbaycana 2,5 milyona yaxın turist gəlib, bu isə 2015-ci illə müqayisədə təxminən 12 faiz çoxdur.
   Bir sıra ölkələr üçün viza rejiminin asanlaşdırılması, yəni aeroportda verilməsi Yaponiya, Malayziya, Sinqapur, Səudiyyə Ərəbistanı, Oman, Çin, Koreya Respublikası, Küveyt, Bəhreyn və digər ölkələrdən Azərbaycana gələn turistlərin sayını nəzərəçarpacaq dərəcədə artırıb.
   Materialda Heydər Əliyev Beynəlxalq Aeroportunun iş qrafiki haqqında da məlumat verilir, ötən il hava limanının rekord sayda - 3,26 milyon sərnişinə xidmət etdiyi qeyd olunur.