İsveçrədə beynəlxalq festivalda Azərbaycan rəqsləri rəğbətlə qarşılanıb
   
   Fevralın 11-də İsveçrənin Bazel şəhərində “Birlikdə bayram edirik” adlı beynəlxalq festival keçirilib. On beş ölkənin təmsil olunduğu festivalda Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşəbbüsü ilə ölkəmizin mədəniyyətinin də təqdimatı keçirilib.
   Tədbir zamanı İtaliyada yaşayan azərbaycanlı xoreoqraf Mais Nuriyevin rəhbərliyi altında fəaliyyət göstərən qrup Azərbaycan milli rəqslərindən ibarət proqramla bir neçə dəfə çıxış edib və bu çıxışlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. 300-dən artıq qonağın iştirak etdiyi tədbir çərçivəsində iştirakçılar Azərbaycan şirniyyatlarının da dadına baxıblar.