Həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xorunun konsert mövsümü müxtəlif tədbirlərlə zəngindir. Kollektiv martın 1-də A.Vişnyakov adına Tələbə Kollektivləri Xorunun Festivalında çıxış edəcək.
   MDU-nun akademik xorunda tələbələr, aspirantlar, bu universitetin əməkdaşları və müxtəlif fakültələrin məzunları, habelə həvəskarlar iştirak edirlər. Ümumiyyətlə, xorun repertuarında 200-dən çox rus və xarici bəstəkarın klassik və müasir əsərləri, müxtəlif dillərdə xalq mahnıları yer alıb.