Parisdə yaşayan pianoçu və bəstəkar Renara Axundova martın 9-da Londonda “Rossotrudniçestvo” agentliyinin Böyük Britaniyadakı nümayəndəliyində “Art is Truth” adlı solo konsert proqramı ilə çıxış edəcək.
   Renara Axundova Bakıda anadan olub. İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbində alıb. Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirdikdən sonra tale onu Parisə gətirib. Burada musiqi sənəti ilə ciddi məşğul olmağa başlayıb. 2007-ci ildən bir sıra Avropa ölkələrində konsert proqramları ilə çıxış edib.